Hansı optik eynəklər gözlərimiz üçün zərərlidir?

Hansı optik eynəklər gözlərimiz üçün zərərlidir? backend

“Əvvəlcədən oftalmoloqa müraciət etmədən alınan hazır eynəklər görmə qabiliyyətinin daha da pisləşməsinə səbəb ola bilər”.

Qaziler.az xəbər verir ki, bu fikirləri Oftalmoloq Kirill Svetlakov “Uznay.ru saytına bildirib.

Həkimin sözlərinə görə, bu, daim gözün yolrulması səbəbindən baş verir.

Oftalmoloq eynəklərin fərdi seçiminin, sağ və sol gözün parametrlərinin ayrıca öyrənilməsinin zəruriliyini vurğulayıb.

“Bir gözün vəziyyəti digərinin vəziyyətindən fərqli ola bilər, buna görə də, bir qayda olaraq, hər bir göz üçün fərqli bir lens seçilir. Oftalmoloqlar həmişə görmə qabiliyyətini ayrıca yoxlayırlar. Hazır eynəklər təhlükəlidir, çünki onlarda qeyri-dəqiq diopterlər var”, - deyə mütəxəssis izah edib.

O əlavə edib ki, ucuz qiymətə satışa çıxarılan eynəklərdə satıcı və ya istehsalçı tərəfindən qeyd olunan dioptri olmaya bilər.

QAZİLER.AZ

Diaspora