Çində ata orta məktəbi bitirən oğluna qəbul imtahanlarına hazırlaşmağa kömək edərkən infarktdan ölmək həddinə çatıb.
Qaziler.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
Nəşrin yazdığına görə, bu, ilk oxşar hal deyil, çünki bu cür sıx əhalisi olan ölkədə ən yaxşı təhsil müəssisələrinə daxil olmaq üçün ciddi rəqabət var.
Xəbərdə deyilir ki, Çinin şərqindəki Çjeçzyan əyalətində lisey məzunu olan oğlu ilə birlikdə dərs çalışarkən yaşı 40-ı keçən Çjan soyadlı ata qəfildən nəfəs darlığı və sinə ağrısı hiss edib.
Zərərçəkmiş xəstəxanaya çatdırılıb və orada təcili olaraq koronar şuntlama əməliyyatı olunub. Nəşrin məlumatına görə, ağrı tez-tez stresslə ağırlaşan ürəyin işemik xəstəliyinin vaxtından əvvəl inkişafı səbəbindən baş verib.
QAZİLER.AZ