Niyə qurd əleyhinə dərmanlardan sui-istifadə etməməliyik?

Niyə qurd əleyhinə dərmanlardan sui-istifadə etməməliyik? backend

Parazitar xəstəlik əlamətləri olmayan sağlam insanların profilaktik məqsədlər üçün qurdlara qarşı dərman qəbul etmələrinə ehtiyac yoxdur.

Qaziler.az xəbər verir ki, bu fikirləri həkim və teleaparıcı Aleksandr Myasnikov “Telegram” kanalında bildirib. O, həmçinin qeyd edib ki, bu dərmanların nəzarətsiz istifadəsi immun sisteminə mənfi təsir göstərə və sonradan insan orqanizminə daxil olan parazitlərin aktiv maddələrə qarşı dayanıqlı olmasına gətirib çıxara bilər.

“Gəlin aydınlıq gətirim. Sağlam, asimptomatik bir insanın profilaktik antiparazitar dərmanlar qəbul etməsinə ehtiyac yoxdur! Nöqtə!” - həkim deyib.

Myasnikov ev heyvanları olanlara da toxunub. O xüsusi olaraq vurğulayıb ki, evində heyvan saxlayan insanlar onlara qarşı profilaktik müalicə aparmalıdırlar.

QAZİLER.AZ

Diaspora