Sudan qorxmağa başlayan qadın bir neçə gün sonra ölüb

Sudan qorxmağa başlayan qadın bir neçə gün sonra ölüb backend

Rusiyanın Volqoqrad vilayətində yaşayan Mixaylovka sakini ağır hidrofobiyaya görə həkimlərə müraciət edib.

Qaziler.az xəbər verir ki, bu haqda SHOT teleqram kanalı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, qadın su haqqında düşünüb içməyə çalışarkən qıcolmalar keçirməyə başlayıb. Həkimlər 44 yaşlı rusiyalı qadının quduzluq xəstəliyinə tutulmasından şübhələniblər.

Daha sonra qadın bir müddət əvvəl onu tülkünün dişlədiyini xatırlayıb, lakin yara onu narahat etmədiyi üçün xəstəxanaya getməyib. Nəticədə, xəstəlik irəlilədikdə və bütün simptomlar görünməyə başlayanda qadın xəstəxanaya yerləşdirilib. Həkimlər buu mərhələdə müalicənin faydasız olduğunu və qadının artıq dünyasını dəyişdiyini bildiriblər.

QAZİLER.AZ

Diaspora