Yeni Zelandiya alimləri balın faydalı keyfiyyətlərinin siyahısını genişləndiriblər. Onlar sübut ediblər ki, bu müalicəvi məhsul narahatlıq səviyyəsini azaldır və insanın yaddaş xüsusiyyətlərini yaxşılaşdırır.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, tədqiqatçılar üç qrupa bölünən laboratoriya siçovulları üzərində təcrübə aparıblar. Biri balla, ikincisi saxaroza ilə, üçüncüsü isə şirniyyatsız qalıb. Bütün siçanlara açıq eksperimental labirintlərə buraxılıblar və burada onların monitorinqi aparılıb. Balla qidalanan gəmiricilər ən aşağı narahatlıq səviyyəsini göstərmiş, labirintdə daha aktiv olmuş və daha yaxşı məkan yaddaşı nümayiş etdirmişlər.
Alimlər belə qənaətə gəliblər ki, qida rasionuna bal daxil etmək narahatlığı azaltmağa və yaddaşın saxlanmasını yaxşılaşdırmağa kömək edəcək.
QAZİLER.AZ