Ticarət mərkəzlərindəki masaj kresloları əslində kimlər üçündür?

Ticarət mərkəzlərindəki masaj kresloları əslində kimlər üçündür? backend

Ticarət mərkəzlərində və ya ofis binalarında masaj kreslolarından istifadə etmək iltihabi proseslər zamanı, zədəsi və onurğasında problemləri olanlar üçün təhlükəlidir.  

Qaziler.az xəbər verir ki, bunu osteopat həkim Dmitri Simkin “Gazeta.Ru”ya müsahibəsində deyib. Onun sözlərinə görə, belə bir prosedur bədənin vəziyyətini ağırlaşdıra və arzuolunmaz nəticələrə səbəb ola bilər.

“İstənilən hər hansı masaj kimi, bunun da əks göstərişləri var. Soyuqdəymə, kəskin respirator virus infeksiyası və ya bədəndə hər hansı iltihabi proses varsa, prosedur həyata keçirilə bilməz. Əgər özünüzü zəif və ya əzgin hiss edirsinizsə, masaj kreslosunda dincəlmək yaxşı fikir deyil. Əksinə bu, iltihabın artmasına və bədəndə vəziyyətin pisləşməsinə səbəb olur", - həkim deyib.

Osteopat qeyd edib ki, kəskin onurğa xəstəlikləri olan insanlar üçün masaj kreslosundan istifadə etmək əks göstərişdir. Bu prosedur təkcə ağrıları aradan qaldırmayacaq, həm də problemi daha da pisləşdirə bilər. Həmçinin, hətta kiçik zədələr, məsələn, ayağın burxulması masajdan sonra ağrı və durumun pisləşməsinə səbəb ola bilər.

“İstənilən zədə birləşdirici toxumalarda gərginliyə səbəb olur ki, bu da öz növbəsində müəyyən nahiyələrdə - boyun, bel və s.-də gərginlik yaradır. Nəticədə, masajdan sonra yaranan rahatlıq və yüngüllük hissi tez bir zamanda özünü ağrı və vəziyyətin pisləşməsi ilə əvəzlənir”, - deyə həkim vurğulayıb.

QAZİLER.AZ

Diaspora