Xolesterolu necə tez azaltmaq olar? - Bu qidaları yemək lazımdır

Xolesterolu necə tez azaltmaq olar? - Bu qidaları yemək lazımdır backend

Peşəkar dietoloq Pamela Meyson təbii olaraq pis xolesterolu aşağı salan qidalar haqqında danışıb.

QAZÍLER.AZ  Lent.az-a istinadla xəbər verir ki, xolesterol daxil olmaqla müxtəlif tədqiqatları araşdıran dietoloq zəncəfil, yaban mersini, quşüzümü, sarımsaq və jenşen yeməyi tövsiyə edib. Məsələn, sarımsağın qandakı xolesterini və digər yağları, sarımsaq əlavələrinin isə onları 29,8 mq/dL qədər azaltdığı aşkar edilib.

Bundan əlavə, 70 diabetli insan üzərində aparılan bir araşdırma, zəncəfilin 12 həftə ərzində gündəlik 1600 mq dozada qəbul edildikdə xolesterinin səviyyəsini aşağı salmağa kömək edə biləcəyini göstərib.

Dietoloqun sözlərinə görə, şəkərli diabet xəstəsi olan 30 nəfərin iştirakı ilə keçirilən randomizə olunmuş nəzarətli sınaq zamanı zoğalın da lipid profillərini yaxşılaşdıra bildiyini, başqa bir araşdırma isə zoğalın (gündə 9 qram) pis xolesterinin səviyyəsini azalda biləcəyini müəyyən edib.

Söhbət jenşendən gedirsə, bir araşdırma, bitkinin həm ümumi, həm də pis xolesterinin səviyyəsini aşağı sala biləcəyini təsbit edib.

Bütün bu tapıntılara əsaslanaraq, qidalanma mütəxəssisi bu beş bitkini qida və ya əlavə olaraq sağlam pəhrizə daxil etməyi tövsiyə edib.

Meyson həmçinin bol meyvə və tərəvəzdən ibarət göy qurşağı pəhrizini qeyd edib ki, bunlara qaragilə, zoğal, sarımsaq və jenşen daxil ola bilər və bu qidalar müntəzəm olaraq istehlak edilərsə sağlamlığı yaxşılaşdırır.

 

Diaspora