Hər yaşda gənc görünən sıx, hamar və canlı dəriyə sahib olmaq hər kəsin arzusudur. Son illərdə sosial mediada bir çox gözəllik trendləri ortaya çıxır. Onlardan biri də kətan toxumu maskasıdır. Bu maska "təbii botok inyeksiyası" kimi təsvir edilir. Maskanın qırışları və incə xətləri yox etdiyi iddia edilir. Maraqlıdır, bəs görəsən, kətan toxumu maskası həqiqətən Botox qədər təsirli ola bilərmi?
QAZÍLER.AZ Teleqraf.com-a istinadən xəbər verir ki, Kaliforniya Universitetində Dermatoloji cərrah olaraq çalışan Isaac Neuhaus kətan toxumunun dəridə qırışları yox etmədiyini bildirib:
"Kətan toxumu orqanizm üçün çox faydalıdır. Lakin bütün problemlərin dərmanı deyil. Botoks kimi dəridəki qırışları yox etmə təsiri qətiyyən yoxdur".
Kətan toxumunun orqanizmə faydaları
Kətan toxumunun faydalarından yaralanmaq üçün ediləcək ən yaxşı şey bu qida maddəsini yeməklərinizə daxil etməkdir. Müntəzəm olaraq istehlak edildikdə, kətan toxumu dərinizə də daxil olmaqla, vücudunuz üçün bir çox fayda verə bilər.
Kətan toxumlarında "Omeqa-3" yağ turşuları, lif və lignanlar kimi faydalı birləşmələr var. Bu xüsusiyyəti ilə çəkiyə nəzarət etməyə və həzmi yaxşılaşdırmağa kömək edir. Qan şəkərini tənzimləyir və qan təzyiqi və xolesterin səviyyəsini aşağı sala bilir.
Digər liflə zəngin qidalardan 800 dəfəyə qədər daha çox lignan ehtiva edən kətan toxumu güclü antioksidant mənbəyidir.