Davamlı yatmaq istəyinə səbəb olan XƏSTƏLİKLƏR

Davamlı yatmaq istəyinə səbəb olan XƏSTƏLİKLƏR backend

Davamlı yuxulu olmaq xroniki yorğunluq, apne, anemiya və ya hipotiroidizmi göstərə bilər.

Qaziler.az xəbər verir ki, bunu tibb elmləri namizədi Andrey Kondraxin "Moskva 24" telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, bu problemlərin hər biri yuxunun keyfiyyətinə və orqanizmin ümumi vəziyyətinə təsir göstərir.

“Yuxululuq anemiyanın, yəni dəmir çatışmazlığının əlaməti ola bilər. Çünki beyində kifayət qədər oksigen olmur və o, həddindən artıq yüklənməyə başlayır”, - həkim izah etdi.

Terapevt qeyd edib ki, xroniki yorğunluq daha çox ağır işləyən və az istirahət edən insanlarda olur. Yuxuluuq həm də artıq çəkili insanlarda rast gəlinən yuxu zamanı tənəffüs pozğunluğu olan apnenin nəticəsində yarana bilər.

“Anemiyada dəmir çatışmazlığı beyində oksigen çatışmazlığına gətirib çıxarır ki, bu da yorğunluğa səbəb olur. Bundan əlavə, hipotiroidizmdə tiroid hormonlarının çatışmazlığı enerji səviyyəsini azaldır, yuxu ehtiyacını artırır”, - Kondraxin qeyd edib.

QAZİLER.AZ

Diaspora