Alkoqolun ölümcül təhlükəli olduğu xəstəliklər

Alkoqolun ölümcül təhlükəli olduğu xəstəliklər backend

Terapevt alkoqolun ölümcül təsir etdiyi xəstəliklərin adını çəkib.

Ürək xəstəlikləri və qaraciyər sirozu -alkoqolun kiçik bir dozasının belə ölümcül ola biləcəyi xəstəliklərdi.

Qaziler.az bildirir ki, bu barədə “Moskva 24” telekanalına müsahibəsində həkim-terapevt deyib.

O qeyd edib ki, alkoqollu içkilər ümumiyyətlə orqanizmə mənfi təsir göstərir və həddindən artıq böyük dozada onlar ölümcül ola bilər. Bununla belə, bir sıra xəstəliklər üçün hətta minimum miqdarda alkoqol geri dönməz nəticələrə səbəb ola bilər.

“Bir insana qaraciyər sirrozu diaqnozu qoyularsa və o, alkoqoldan tamamilə imtina edərsə və həkimin tövsiyələrinə əməl etməyə başlayarsa, o, təxminən 20 il yaşaya bilər. Amma ara-sıra və minimal miqdarda spirtli içki qəbul edərsə, xəstəliyin fəsadlarından çox tez ölür”, - mütəxəssis qeyd edib.

Terapevt onu da vurğuladı ki, ürək problemləriniz, məsələn, ürək ritminin pozulması, xüsusən də atrial fibrilasiyanın paroksismal olması halında spirtli içki qəbul etmək təhlükəlidir.

QAZİLER.AZ

Diaspora