Həkim dəbdə olan "UGG" ayaqqabılarının zərərindən danışdı

Həkim dəbdə olan "UGG" ayaqqabılarının zərərindən danışdı backend

“Yanlış qış ayaqqabısı geyinsəniz, ayağınız deformasiyaya uğraya bilər”.

Qaziler.az xəbər verir ki, bunu osteopat həkim Sergey Yevdokimov “LIFE.ru” saytına bildirib. Onun sözlərinə görə, bu, ayağın kifayət qədər sabit olmadığı modellərə görə baş verir.

“Uqqi çəkmələrinə gəlincə, onlar dəbdə olsalar da, hər gün geyinməyi məsləhət görmürəm. Uqqi çəkmələri ayağı sabit tutmur və bu, ayağa nəinki zərər verir, hətta təhlükəlidir. Bu ayaqqabılar yükün düzgün bölüşdürülməməsi səbəbindən ayağın deformasiyasına gətirib çıxara bilər”, - deyə həkim izah edib.

Osteopat yumşaq daban ayaqqabıları və ya dabanı alçaq olan uqqi kimi çəkmələri geyinməyi tövsiyə etməyib. Çünki onlar ayağın sabitliyini kifayət qədər təmin etmir və bu da zədə riskini artırır. Bundan əlavə, xüsusi hazırlanmış ortopedik içliklərdən istifadə edilməlidir.

Yevdokimov əlavə edib ki, qış ayaqqabıları seçərkən, arxası sərt olan modellərə üstünlük vermək daha yaxşıdır. Həmçinin, çəkmələr sürüşməyə dayanıqlı və möhkəm altlıqlı olmalıdır.

QAZİLER.AZ

Diaspora