Yüksək qan təzyiqi olanlar BU XƏBƏRİ OXUSUNLAR - Bəzi tərəvəzlər cəmi bir günə aşağı salır

Yüksək qan təzyiqi olanlar BU XƏBƏRİ OXUSUNLAR - Bəzi tərəvəzlər cəmi bir günə aşağı salır backend

"Edith Cowan Universiteti"nin ( Avstraliya ) alimləri qan təzyiqini azaltmaqda ən təsirli olan xaç ağacı tərəvəzlərinin - müxtəlif növ kələm, şalgam, arugula və ispanaq olduğunu müəyyən ediblər.

QAZÍLER.AZ  Publika.az-a istinaden xəbər verir ki, tədqiqatda orta yaşı 68 olan 18 könüllü iştirak edib. Bütün iştirakçılar arterial hipertenziyadan əziyyət çəkirlər. Könüllülər onlar üçün seçilən pəhrizdən asılı olaraq iki qrupa bölünüblər. Birinci qrup kabaq, pomidor və kartof kimi müntəzəm tərəvəzlərin istehlakını artırıb, ikinci qrup isə yalnız xaç ağacı tərəvəzləri yeməyə diqqət yetirib.

Nəticələr göstərib ki, xaç ağacı tərəvəzləri yeyən insanlar təcrübənin başlanmasından cəmi bir gün sonra qan təzyiqinin əhəmiyyətli dərəcədə azaldığını qeyd ediblər. Hipertoniyaya qarşı ən təsirli "mübarizələr" kələmin müxtəlif növləri (ağ kələm, gül kələm, Çin kələmi, Brüssel kələmi, kolrabi, brokoli), şalgam, rukkola, ispanaq, turp və vəzəri olub. Müntəzəm tərəvəz yeyən digər qrupda qan təzyiqində ciddi dəyişiklik müşahidə olunmayıb.

Diaspora