Niyə hər gün pomidor yeməliyik?

Niyə hər gün pomidor yeməliyik? backend

"Hər gün pomidor yemək lazımdır, çünki onun tərkibində istənilən yaşda olan insan üçün faydalı maddələr var".

Qaziler.az bildirir ki, bunu “Lenta.ru”ya müsahibəsində Natalya Balan bildirib. Onun sözlərinə görə, bu tərəvəz orqanizmi qocalmaqdan qoruyan, ürək xəstəlikləri riskini və xolesterinin səviyyəsini azaldan likopenlə zəngindir.

“Yaşla əlaqədar bir çoxları görmə qabiliyyətinin pisləşməsi, kataraktların inkişafı ilə rastlaşır və retinaya ziyan vurur. Pomidorda A və C vitaminləri, eləcə də göz sağlamlığını dəstəkləyən beta-karotin var”, - tibb işçisi izah edib.

Mütəxəssis qeyd edib ki, pomidorun tərkibində qan təzyiqini tənzimləyən və bədəndəki artıq natriumu çıxaran kalium var. Bu tərəvəz sümükləri gücləndirən kalsium, K vitamini və qəbizliyin qarşısını almağa kömək edən liflə zəngindir. Bundan əlavə, pomidor mədə-bağırsaq traktının vəziyyətini yaxşılaşdırır.

“Pomidor qızdırıldıqda, tərkibindəki likopenin miqdarı artır və həzm etmək üçün asanlaşır. Lakin C vitamininin tərkibi isə azalır”, - Balan əlavə edib.

QAZİLER.AZ

Diaspora