Hazır qəhvə qocalmanı sürətləndirir - Araşdırma

Hazır qəhvə qocalmanı sürətləndirir - Araşdırma backend

Sian Tzyaoton Universitetinin Tibb Elmi Mərkəzinin alimləri aşkar ediblər ki, həll olunmuş qəhvə içmək vərdişi qocalmanın biomarkeri kimi xidmət edən DNT-nin mühüm ucları - telomerlərin uzunluğuna təsir edə bilər.

Qaziler.az xəbər verir ki, araşdırmanın nəticələri “PubMed” portalında dərc olunub.

Tədqiqat zamanı alimlər 468 mindən çox insanın yemək vərdişləri və telomer uzunluğu haqqında məlumatları təhlil ediblər. Daha dəqiq təhlil üçün həm müşahidə metodlarından, həm də Mendel randomizəsindən istifadə edilib ki, bu da səbəb-nəticə əlaqələrini müəyyən etməyə imkan verib. Araşdırmaya görə, içilən hər əlavə qəhvə fincanı telomerin uzunluğu azaldır ki, bu da bioloji yaşın təxminən 0,12 il itkisinə uyğundur.

Belə ki, həll olunmuş qəhvəyə xüsusi diqqət yetirilib. Statistik təhlillər göstərib ki, həll olunmuş hər qəhvə fincanı ilə telomerin uzunluğu təxminən 0,38 il təbii qocalma prosesinə təsir edir. Bu, qəhvənin insan ömrünü birbaşa qısaltması demək olmasa da, tədqiqatçılar hazır qəhvənin müntəzəm istehlakının qocalmanın bioloji proseslərini sürətləndirə biləcəyini irəli sürürlər.

QAZİLER.AZ

Diaspora