Ailənin olmaması insanlara necə təsir edir?

Ailənin olmaması insanlara necə təsir edir? backend

Xroniki depressiya əhval-ruhiyyəsi subay kişilər və subay qadınlar arasında evlilərə nisbətən 80% daha çox inkişaf edir.

Qaziler.az xəbər verir ki, bu barədə bir qrup amerikalı və çinli demoqraf və həkimin Amerikanın “Nature Human Behavior” jurnalında dərc olunmuş araşdırmasında deyilir.

“Təhlillər göstərib ki, ailəsi olmayan kişilər və qadınlar bir çox ölkədə və mədəniyyətlərdə depressiyaya daha çox meyllidirlər. Tədqiqatçılar yazır ki, bu, xüsusilə Qərb ölkələrində ali təhsilli kişilər üçün xarakterikdir, çünki alkoqol və tütündən istifadə depressiyanın inkişaf ehtimalına güclü təsir göstərir”, - araşdırmaçılar yazıb.

Daha əvvəl psixoloqlar xəbərdarlıq edib ki, emosiyaları boğmaq təhlükəlidir, çünki bu, müxtəlif psixoloji problemlərə gətirib çıxara bilər.

QAZİLER.AZ

Diaspora