Yuxusuzluqdan əziyyət çəkənlərə: Bu üsuldan istifadə etsəniz...

Yuxusuzluqdan əziyyət çəkənlərə: Bu üsuldan istifadə etsəniz... backend

Bir çox insan yuxusuzluqla üzləşir, lakin bununla necə mübarizə aparacağını bilmir.

Qaziler.az çempionat.çom-a istinadən bildirir ki, doktor Skott Uolter bu problemin öhdəsindən gəlməyə kömək edəcək sadə bir üsul paylaşıb.

O, "koqnitiv qarışdırma" kimi tanınan sadə bir zehni məşqdən danışıb. Bu üsulun məqsədi zehni yuxuya mane ola biləcək şüurlu düşüncələrdən yayındırmaqdır.

“Sadəcə bir-biri ilə heç bir əlaqəsi olmayan təsadüfi sözlər və obyektlər haqqında düşünün, məsələn, inək, yarpaq, sendviç”.

Skott Uolter yuxuya gedənə qədər bu sözləri öz-özünə təkrarlamağı təklif edir.

Bu məşqin ikinci versiyası var. Başlamaq üçün əlifbanın istənilən hərfini seçin. Sonra ürək döyüntülərinizi saymağa başlayın və hər səkkiz döyüntüdən bir bu hərflə başlayan bir söz düşünün.

Bu üsul effektivdir, çünki o, yalnız beyni yayındırmır, həm də simulyasiya edir.

QAZİLER.AZ

Diaspora