Vitamin qəbul edərkən insanların yol verdiyi bir sıra ümumi səhvlər var.
Qaziler.az xəbər verir ki, bu barədə "Sağlam yaşa!" verilişinin efirində həkim və aparıcı Elena Malışeva danışıb.
Proqrama dəvət olunan həkimlər D vitamininin digər vitaminlərlə, o cümlədən kalsiumla birlikdə qəbul edilməsini yanlış fikir adlandırıblar. Qeyd olunub ki, burda insult riski var.
“Bunu etmək olmaz, D və K vitaminlərini birləşdirsəniz, qan laxtalarının əmələ gəlməsinə səbəb olacaq”, - immunoloq Andrey Prodeus vurğulayıb.
İdman məşqçisi və dietoloq Mariya Volınkina əvvəllər A, C və D vitaminlərinin payız-qış dövründə immunitet sistemini gücləndirmək məqsədilə insan üçün həyati əhəmiyyət daşıdığını söyləyib. Onun sözlərinə görə, retinol iltihab əleyhinə xüsusiyyətlərə malikdir və qaraciyərin zədələnməsinin qarşısını alır, çatışmazlıq olarsa, ayaqlarda qıcolmalara, dəri və saç problemlərinə, yuxu pozğunluğuna səbəb ola bilər.
QAZİLER.AZ