Astronavt insanlar arasında xərçəngin yaranma səbəbini açıqlayıb

Astronavt insanlar arasında xərçəngin yaranma səbəbini açıqlayıb backend

Fövqəlnova partlayışları Yer kürəsinin sakinləri arasında xərçəngə səbəb ola bilər.

Qaziler.az xəbər verir ki, bunu Şternberq Dövlət Astronomiya İnstitutunun baş elmi işçisi, Moskva Dövlət Universitetinin Fizika fakültəsinin dosenti Vladimir Surdin “360.ru”ya bildirib.

Alimin fikrincə, istənilən süni və ya təbii şüalanma onkologiyanın yaranmasına təkan verə bilər. Surdin, qeyd edib ki, kosmosda alovların bir çoxu minilliklər ərzində baş verib.

"Günəşdə tez-tez baş verən bu partlayışlar astronavtlar üçün təhlükəlidir. Fövqəlnovalar son dərəcə nadirdir, bir neçə əsrdə bir olur və siz onlara fikir verməməlisiniz”, - deyə astronom izah edib.

QAZİLER.AZ

Diaspora