Manikür zamanı təhlükəli xəstəliklərdən necə qorunmaq olar?

Manikür zamanı təhlükəli xəstəliklərdən necə qorunmaq olar? backend

Manikür zamanı özünüzü qorumaq üçün ustadan alətlərin sterilizasiya edilib-edilmədiyini soruşmaq lazımdır.

Qaziler.az xəbər verir ki, bunu podoloq Tatyana Krasyuk OTR-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, dezinfeksiyaedici mayenin qablaşdırılma tarixinə də diqqət yetirmək lazımdır.

“Mən dezinfeksiya və sterilizasiyanın edilib-edilmədiyini bildirmələrini xahiş edərdim. Bu barədə sizə desələr, o zaman alətin sterilizasiya olunma ehtimalı 95 faizdir. Çünki insan hər şeyi bilirsə və sterilizasiya etmirsə, o, sadəcə axmaqdır”, - ekspert izah edib.

Podoloq vurğulayıb ki, evdə işləyən usta manikür üçün özünə ayrıca otaq ayırmalıdır.

“Bundan əlavə, o, antiseptikdən təkcə öz əlləri üçün deyil, həm də müştərinin əllərində də istifadə etməyə borcludur”, - deyə mütəxəssis yekunlaşdırıb.

QAZİLER.AZ

Diaspora