Çin alimləri qan dövranının tam dayandırılmasından bir saat sonra donuzların beyinlərini uğurla canlandıraraq reanimasiya sahəsində mühüm irəliləyiş əldə ediblər.
Qaziler.az xəbər verir ki, bu barədə “ScienceAlert” yazıb.
Təcrübə göstərib ki, canlanmış beyin bir neçə saat ərzində aktiv olaraq qalır. Heyvanın orqanı analiz edilərkən donuzlarda ən ciddi zədənin qaraciyər olduğu aşkar edilib. Bu kəşf sağlam qaraciyərin beynin sağlamlığını tam şəkildə təmin edə bilər.
Nəşr yazır ki, qaraciyəri sağlam saxlamaqla donuzların beyinləri qan dövranı dayandırıldıqdan 50 dəqiqə sonra da bərpa oluna bilib və o, altı saat fəaliyyət göstərib.
QAZİLER.AZ