Qızınızın və ya qız nəvənizin kompleksiz və digər problemlərsiz böyüməsini istəyirsinizsə, onlara bir şey söyləməzdən əvvəl həmişə düşünün. Çünki qız uşaqlarına deməməli olduğunuz üç ifadə var.
Qaziler.az xarici mediaya istinadla həmin ifadələri təqdim edir:
"Sən artıq paltarlarına sığmırsan"... Bunun kimi çəkiyə işarə edən ifadələr nəinki uşaqları, hətta böyüklərin xətrinə dəyə bilir. Bu, uşaqlarda özünə dəyərlə bağlı problemlərin yaranmasına səbəb olur. Artıq çəki məsələsi həmişə yumşaq bir şəkildə müzakirə edilməlidir.
“Əsas odur ki, yaxşı birisinə ərə gedəsən”... Bu ifadəyə görə qız həyatda yeganə dəyərin kişidə olduğunu düşünməyə başlayacaq. Hansı ki o, həyatında əsas qəhrəmanın özünün olduğunu başa düşməlidir.
"Bu, sənə yaraşmır"... Bunu deməkdənsə, qızınıza daha uyğun olan geyimi seçməyə kömək edin. Əks halda, o, görünüşü ilə bağlı komplekslər yaşamağa başlayacaq.
QAZİLER.AZ