“Manikür vasitəsilə İİV infeksiyasına yoluxmanı sübut etmək mümkün deyil”.
Qaziler.az xəbər verir ki, bunu QİÇS-in qarşısının alınması üzrə ixtisaslaşmış mütəxəssis Vadim Pokrovski “NEWS.ru” ilə söhbətində deyib. Mütəxəssis belə bir yolun yalnız nəzəri cəhətdən mümkün olduğunu vurğulayıb. Onun sözlərinə görə, manikür vasitəsilə hepatit B və ya C viruslarına yoluxma ehtimalı yüksəkdir.
“Bu yol nəzəri cəhətdən mümkündür, lakin bunu sübut etmək mümkün deyil. Bu yolla hepatit B və ya C viruslarına yoluxma ehtimalı xeyli yüksəkdir”, - Pokrovski izah edib.
Epidemioloqun sözlərinə görə, manikür prosedurları zamanı dezinfeksiya mütləqdir. Mütəxəssis qeyd edib ki, İİV-ə yoluxmuş insanlar müasir dərmanlardan daim istifadə etməklə, qocalana kimi yaşaya, cinsi aktiv ola və sağlam uşaq dünyaya gətirə bilərlər.
QAZİLER.AZ