Onikofaqiya adlanan dırnaq yemə vərdişi qurdların və diş əti iltihabının yaranmasına səbəb olur.
Qaziler.az xəbər verir ki, bunu terapevt Zümrüb Ömərova “NEWS.ru”ya müsahibəsində deyib ki, dırnaq daimi travmalar nəticəsində yatağından soyula bilər.
“Onikofagiyanın əsas nəticələri, davamlı travma nəticəsində dırnağın yatağından qopması, dırnaqların qısaldılması, bakterial infeksiya, herpes, diş ətinin iltihabı, qurdlara və digər parazitlərə yoluxma hallarıdır” - həkim izah eedib.
Onun sözlərinə görə, onikofaqiya nevrotik xəstəlik və çox vaxt yetkinlik yaşına qədər davam edir. Mütəxəssis vurğulayıb ki, tez-tez dırnaq yemək vərdişi hiperaktivlik, diqqət çatışmazlığı, narahatlıq kimi psixi pozğunluqlar fonunda, həmçinin böyük fiziki və psixi gərginlik, ağır stress nəticəsində yaranır.
QAZİLER.AZ