4-cü qan qrupu və “mənfi Rh” faktoru olan insanlar digərlərinə nisbətən ciddi xəstəliklərə daha həssasdırlar.
Qaziler.az xəbər verir ki, bunu Harvard Universitetinin alimləri aşkar ediblər. “MedicForum”un məlumatına görə, bu qan qrupu ən nadirlərdən biri hesab olunur və planet əhalisinin 8%-də rast gəlinir.
Tədqiqatçılar müəyyən ediblər ki, bu kateqoriyadan olan insanlarda demans, insult və idrak funksiyası ilə bağlı problemlər inkişaf riskini artırır. Onların insult keçirmə ehtimalı 82% daha yüksəkdir və zəifləmiş immunitet sistemi var. Ekspertlərin fikrincə, mənfi dördüncü qan qrupuna sahib olan qadınlarda xərçəngə yaxalanma daha çox rast gəlinir.
QAZİLER.AZ