Bəzi ailələrdə niyə yalnız qız və ya oğlan uşaqları doğulur? - Araşdırma

Bəzi ailələrdə niyə yalnız qız və ya oğlan uşaqları doğulur? - Araşdırma backend

Miçiqan Universitetinin alimləri müəyyən ediblər ki, bəzi cütlüklərin yalnız oğlan, digərlərində isə yalnız qız uşaqları var. Məlum olub ki, RLF və KIF20B-nin genetik variantları cins nisbətinə təsir göstərir.

Qaziler.az xəbər verir ki, tədqiqatın nəticələri “Proceedings of the Royal Society B: Biological Sciences” jurnalında dərc olunub.

Alimlərin fikrincə, hər il dünyada təxminən eyni sayda oğlan və qız doğulur, lakin bəzi ailələrdə bəzi cütlüklərin hamısı qız, digərlərində isə hamısı oğlan uşağı olur. Bu fenomen tədqiqatçıların diqqətini valideyn genlərinin mümkün roluna cəlb edib.

Alimlər eynicinsli doğumların arxasında duran potensial genetik faktorları öyrənmək üçün 500.000 britaniyalı haqqında məlumatı özündə əks etdirən “British Biobank” məlumatlarını təhlil ediblər. Tədqiqat rs144724107 tək nukleotid dəyişikliyini müəyyən edib ki, bu da qız uşağı sahibi olma ehtimalını 10% artırır. Lakin bu dəyişiklik iştirakçıların yalnız 0,5%-də baş verir. Spermatogenez və mayalanma proseslərində iştirak edən ADAMTS14 geninin yanında yerləşir.

Bundan əlavə, tədqiqatçılar cins nisbətinə də təsir edə biləcək iki başqa gen, RLF və KIF20B aşkarlayıblar. Lakin alimlərin fikrincə, bu genlərin xüsusiyyətləri digər nümunələrdə əlavə sınaq tələb edir.

Araşdırmalara görə, əgər populyasiyada eyni cinsdən daha çox fərd doğulmağa başlayırsa, təbii seçim “nadir” cinsin doğum nisbətinin artmasına kömək edir ki, bu da tarazlığın bərpasına gətirib çıxarır.

QAZİLER.AZ

Diaspora