Yerə düşən qidanı yemək qəti şəkildə OLMAZ

Yerə düşən qidanı yemək qəti şəkildə  OLMAZ backend

Döşəməyə düşən yeməkdə bakteriyalar dərhal ortaya çıxır.

Qaziler.az xəbər verir ki, bu xəbərdarlıqla İrina Lyalina çıxış edib. NEWS.ru ilə söhbətində bioloq vurğulayıb ki, yeməyin nə vaxt düşməsindən asılı olmayaraq, yerdən götürmək olmaz.

“Yerdən yemək götürmək, üstəlik kimin əlindən, harada və nə vaxt düşməsindən asılı olmayaraq onu yemək olmaz. Qidanın bakteriyalarla çirklənməsi dərhal baş verir. Üstəlik, yemək nə qədər sulu olsa, bu bir o qədər tez baş verir. Belə ki, yerdən götürülən yeməyə üfürərək təmizləmə üsulu da kömək etməyəcək. Məsələn, yerə düşən pendir və ya köftə quru krakerdən qat-qat təhlükəlidir”, - Lyalina izah etdi.

O, qeyd edib ki, qidanın üzərindəki bakteriyaların miqdarı döşəmədən və ya onun nə vaxt, necə təmizlənməsindən asılı deyil. Mütəxəssisin sözlərinə görə, təhlükəli mikroorqanizmlər quru səthdə dörd həftədən çox aktiv qala bilirlər. Nəm səthdə isə onlar hər an mövcuddur.

“Çox vaxt bağırsaq zəhərlənməsinə səbəb olan, qızdırma, qusma və ishal əlamətləri olan mikroorqanizmlərlə rastlaşa bilərsiniz. Xalçanın üzərində düşən yeməyi götürməklə allergik reaksiyalara səbəb olan toz gənələrini və ya böcəkləri qəbul edirisiniz. Odur ki, gigiyena qaydalarına laqeyd yanaşmayın", - deyə Lyalina məsləhət verib.

QAZİLER.AZ

Diaspora