Gələcəkdə COVID-19-dan sağalanları nələrin gözlədiyi açıqlanıb

Gələcəkdə COVID-19-dan sağalanları nələrin gözlədiyi açıqlanıb backend

Koronavirus infeksiyasına yoluxmuş insanlarda ürək-damar xəstəliklərinin inkişaf riski, insult və infarkt ehtimalı əhəmiyyətli dərəcədə artır.

Qaziler.az xəbər verir ki, bu barədə Arterioskleroz, Tromboz və Damar Biologiyası universiteti (ATVB) Klivlend alimlərinin araşdırmasına istinadən yazıb. Bildirilib ki, elmi işdə xəstəlikdən sağalanlar və ondan qaça bilənlərin göstəriciləri müqayisə edilib.

Təcrübədə bir neçə il ərzində 200 mindən çox insan iştirak edib. Müəyyən edilib ki, COVID-19-a yoluxmuş insanlarda bundan sonrakı üç il ərzində insult riski artıb. Bundan əlavə, infeksiya ilə xəstəxanaya yerləşdirilənlərdə digər ciddi fəsadların yaranma riski də müşahidə edilib. Buna təsir edən əsas amillərdən biri xəstəlik tarixçəsi olub. Belə ki, xəstənin artıq ürək-damar sistemi ilə bağlı problemləri olubsa, risklər əhəmiyyətli dərəcədə artıb.

QAZİLER.AZ

Diaspora