Qoxuların köməyi ilə arıqlamaq mümkündür

Qoxuların köməyi ilə arıqlamaq mümkündür backend

Həkimlər qadınlara arıqlamağa kömək etmək üçün nə qədər mürəkkəb "uzunçuluğa  gedirlər". Əgər az yemək və ciddi pəhriz saxlamaqla arıqlamaq mümkün deyilsə, o zaman dietoloqlar daha yumşaq aromaterapiya üsullarını sınamağı təklif edirlər.

Qaziler.az bildirir ki, bu üsul barədə xarici mətbuatın yazdığı məlumatı təqdim edir. 

"Məlum olub ki, bəzi qoxular  daha az yeməyə vadar edə bilər. Belə ki, yaşıl alma, vanil və darçın qoxuları iştahı boğmaq qabiliyyətinə malikdir. Yeməkdən əvvəl və yemək zamanı bu qoxuları içinə çəkən insan həmişəkindən daha az yemək yeyir.

Dietoloqlar nahar və günorta qəlyanaltılarınıötürməməyi, axşam isə “qoxu ilə qidalanmaya” keçməyi məsləhət görürlər. Bu fenomenin elmi izahı da var - axşam şüurumuzun rasional hissəsi "sakitləşir", yalnız emosional hissəsi "işləyir". Axşam saatlarında fərqində olmadan həddindən artıq yemək çox asandır. Beynin emosional hissələrinə birbaşa təsir edən qoxular iştahı yatırır.

Axşam şirin bir şeylə qəlyanaltı etmək istəyirsinizsə, vanil və ya darçın iyini hiss etməlisiniz. Diyetoloqlar, asılılıq yaratmamaq üçün qoxuları dəyişdirməyi məsləhət görürlər.

QAZİLER.AZ

Diaspora