“Təmizlik stress səviyyəsini azalda bilər”.
Qaziler.az xəbər verir ki, bunu klinik psixoloq Pavel Javnerov deyib.
Onun sözlərinə görə, bu, ətrafda xaosun az olması ilə bağlıdır.
“Ətrafda xaos nə qədər çox olarsa, beyin bir o qədər diqqətsizləşir, psixika bir o qədər sarsılır. Bu səbəbdən hər şeyin öz yerində olduğu məkanda insanlar daha məhsuldar olurlar və diqqətləri daha az yayınır. İstənilən xaos emosional sferaya daxil olur, bu isə stressin səviyyəsini artırır”, - deyə mütəxəssis izah edib.
QAZİLER.AZ