Çips uşağın beynində geri dönməz dəyişikliklərə səbəb olur

Çips uşağın beynində geri dönməz dəyişikliklərə səbəb olur backend

Yeni araşdırma 3-4 yaşında çips verilən uşaqların nəinki kökəldiyini, həm də zehni inkişafda problemlərin daha çox olduğunu göstərib.

Qaziler.az bildirir ki,  xarici KİV-ə istinadən xəbər verir ki,tədqiqat Bristol Universitetinin alimləri tərəfindən aparılıb. Mütəxəssislər müəyyən ediblər ki, uşaqların qida rasionunda çipslərin olması beyin fəaliyyətində pozuntulara səbəb olur. Nəticədə yaddaş pisləşir, diqqət və yaradıcılıq zəifləyir. Uşaqlar öyrənməkdə çətinlik çəkirlər və davranışları idarəolunmazdır.

Tədqiqat müəllifləri bildiriblər ki, çipslərdə olan doymuş yağlar uşaqların beyinlərinin normal inkişafına mane olur.

Və "xırtıldayan" ən təhlükəli kimyəvi mutagen və kanserogen olan akrilamid hesab olunur. Bu birləşmə qidada qızardılan zaman əmələ gəlir və həmçinin kartof qızartması və yüksək temperatura məruz qalan digər qidalarda da olur.

Həkimlər xüsusilə vurğulayırlar ki, uşaqlar üçün çipslərin həddindən artıq istehlakının nəticələri geri dönməzdir. Maraqlıdır ki, daha böyük yaşda (4 yaşdan yuxarı) bir uşağın bədəninə çiplərin təsirinin öyrənilməsi oxşar nəticələr verməyib.

Əvvəllər alman alimləri çiplərin insanlarda narkomaniyaya bənzəyən asılılığa səbəb olduğunu müəyyən etmişdilər. Onlar fərz edirlər ki, yüksək yağ və karbohidratlı qidalar beyindəki həzz mərkəzini aktivləşdirir, yüksək kalorili qidalar istehlak etmək istəyini stimullaşdırır.

QAZİLER.AZ

 

Diaspora