Yaşıl çay həqiqətən arıqlamağa kömək edirmi?

Yaşıl çay həqiqətən arıqlamağa kömək edirmi? backend

Yaşıl çay əsrlər boyu pəhriz çayı hesab olunub. Qədim Çində 2000 il əvvəl insanlar bu içkini arıqlamaq üçün vasitə kimi təqdim edirmişlər.

“The New York Times” yazır ki, bu gün yaşıl çay pəhriz kitablarının və düzgün qidalanmaya dair cədvəllərin əsas hissəsinə çevrilib. Hətta qeyd olunur ki, yaşıl çay “TikTok”da da populyarlaşıb.

"Viral videolar bu içkinin kilo atmağa kömək edə biləcəyini iddia edir və hətta onu "təbiətin Ozempic"i adlandırırlar. Bəzi məlumatlar gündə beş fincana qədər içməyi təklif edir".

Bir çox "Tik-Tok" videoları iddia edir ki, yaşıl çay mədəaltı vəzi yeməkdən sonra insulin istehsal etməyə sövq edən bağırsaq hormonu olan GLP-1 istehsalını artırır. Bu insulin də öz növbəsində qan şəkərinin səviyyəsini aşağı salır. GLP-1 həmçinin qidanın mədədən çıxma sürətini yavaşladır və beynin aclığı tənzimləyən sahələrinə təsir göstərir. 

Mütəxəssislərin fikrincə, yaşıl çayın GLP-1-ə hər hansı təsiri azdır. Yaşıl çay və arıqlamaqla bağlı bir çox iddialarda içkinin iki komponenti qeyd olunur: kofein və antioksidantlar. Kofein nəzəri olaraq kiminsə metabolizmini bir az da sürətləndirə bilər. Ancaq bu təsirin əhəmiyyətli kilo itkisinə səbəb olacağı ehtimalı azdır.

Antioksidanlara gəldikdə, yaşıl çayın tərkibində polifenollar adlanan birləşmələr var ki, bu da hüceyrələri zədələnmədən qorumağa və iltihabı azaltmağa kömək edir. Heyvan və insan hüceyrələrində aparılan tədqiqatlar göstərib ki, bu birləşmələr maddələr mübadiləsini yaxşılaşdıra və bağırsaqlardan yağın udulmasını azalda bilər. 

QAZİLER.AZ

Diaspora