Həkim D3 və D vitaminlərinin fərqini izah etdi

Həkim D3 və D vitaminlərinin fərqini izah etdi backend

D3 vitamini əslində D vitamininin xəbərçisidir.

Qaziler.az “Doctorpiter.ru”ya istinadla xəbər verir ki, bunu toksikoloq Mixail Kutuşov deyib. Onun sözlərinə görə, D3 bioloji aktiv maddələr qrupu olan D vitamininin formalarından biridir.

Həkim qeyd edib ki, insan orqanizmi D3 vitaminini müstəqil şəkildə sintez edə bilir. Bu, ultrabənövşəyi şüaların təsiri altında baş verir.

"Bu proses ultrabənövşəyi radiasiyanın təsiri altında baş verir: məhz bundan sonra xolesterol provitamin D3-ə, sonra isə qaraciyər və böyrəklərdə D vitamininin aktiv formasına - kalsitriola çevrilir”, - Kutuşov izah edib.

QAZİLER.AZ

Diaspora