Oksford Universitetinin alimləri tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, gündə bir alma yeyən insanlarda infarkt riski 40% azalır.
Qaziler.az bildirir ki, bu barədə Daily Mail yazır.
Bildirilir ki, tədqiqatın ümumi nəticəsi: hər gün 150 qram bu meyvədən yeyən insanların infarkt riskinin yarıbayarı azalır.
Tədqiqatçılar yeddi il ərzində 500 min çinlinin sağlamlığını izlədikləri bir təcrübə keçiriblər. Kardioloq Huaidong Du deyir: "Məlumatlarımız açıq şəkildə göstərir ki, təzə meyvə yeyənlərin ürək-damar xəstəlikləri riski daha azdır".
Meyvə və tərəvəz yemək, tərkibindəki antioksidantlar sayəsində bədəndəki zərərli kimyəvi proseslərlə mübarizə aparmaqda ürəyə kömək edir.
Təcrübə iştirakçılarının 18%-i hər gün meyvə yeyib, 6,3%-i isə bir dəfə də olsun yeməyib. Meyvə yeyənlərin infarkt riski 25-40% aşağı olub.
QAZİLER.AZ