Yer kürəsində güclü maqnit qasırğası başlayıb
Bu barədə TASS "Fobos" Hava Mərkəzinə istinadən xəbər verir.
"Yer kürəsində çox güclü maqnit qasırğası var! Gözlənilən güclü maqnit qasırğası gecikmə ilə başladı", - Mərkəzin mütəxəssisi Mixail Leus qeyd edib.
O əlavə edib ki, fırtına Bakı vaxtı ilə 07:00-dan sonra başlayıb və günün ikinci yarısında bitməlidir. Təbiət hadisəsinin sinfi hazırda G4 kimi qiymətləndirilir və tədricən zəifləyəcək.
Report.az