Alimlər sağlamlıq üçün çəyirtkə yeməyi təklif ediblər

Alimlər sağlamlıq üçün çəyirtkə yeməyi təklif ediblər backend

Dşanq Universitetinin (Kamerun) alimləri müəyyən ediblər ki, “Ruspolia nitidula” çəyirtkəsini yemək siçovullarda libido və yuxu keyfiyyətini artırıb. Bu qida həm də sağlam və qalın bir tükün böyüməsinə kömək edir.

Tədqiqatın nəticələri “Food Science of Animal Products” (FSAP) jurnalında dərc olunub.

Tədqiqatçılar siçovulların qidalanmasında ənənəvi balıq yeməyi olan “Clupea harengus”un “Ruspolia nitidula” çəyirtkə yeməyi ilə əvəz edilməsinin təsirini araşdırıblar. Bildirilib ki, yeməli böcəklər, xüsusilə də çəyirtkələr, Kamerun kimi bölgələrdə çox olur. Orqanizmi zülallar, amin turşuları və minerallar kimi vacib qidalarla təmin edir.

Bir qrup gəmirici 12 həftə ərzində “Ruspolia nitidula” ilə qidalanıb. Çəyirtkələrlə qidalanan heyvanlar digərləri ilə müqayisədə daha çox bədən çəkisinə sahib olub. Alimlərin fikrincə, bu, qidanın keyfiyyətinin yaxşılaşmasından xəbər verib. 

Onlar qeyd ediblər ki, həşəratları alternativ zülal mənbəyi kimi yemək həm heyvanlar, həm də insanlar üçün faydalıdır.

QAZİLER.AZ

Diaspora