Hansı insanlar davamlı öz-özünə danışır?

Hansı insanlar davamlı öz-özünə danışır? backend

“İnsanın özü ilə davamlı danışması şizofreniyadan xəbər verir. Bununla belə, insan sağlam olduğu halda sadəcə nə baş verdiyini daha yaxşı başa düşməyə çalışmaq üçün də öz-özünə danışa bilər”.

Qaziler.az xəbər verir ki, bunu psixoloq Darya Duqentsova “NEWS.ru”ya müsahibəsində deyib.

Mütəxəssis vurğulayıb ki, insanın emosiyalarını cilovlamağa çalışması normaldır. Bu yolla o, necə hiss etdiyini başa düşə bilər ki, bu da ona təcrübələrinin öhdəsindən gəlməyə kömək edəcək. Bundan əlavə, özünə inamı gücləndirmək üçün öz-özünə danışmaq lazımdır.

Duqentsova deyib ki, insan düşüncələrini və inanclarını səsləndirəndə özünü daha inamlı hiss edir və kim olduğunu daha yaxşı başa düşür.

Psixoloqun dediyinə görə, əgər insan daim öz-özünə nəzarət etmədən danışırsa, bu, şizofreniya kimi psixi problemlərin əlaməti ola bilər. Belə hallarda mütəxəssislə əlaqə saxlamaq lazımdır.

QAZİLER.AZ

Diaspora