Saxta balı müəyyən etməyin ən sürətli və asan YOLU

Saxta balı müəyyən etməyin ən sürətli və asan YOLU backend

Təbii bal kimi təqdim edilən məhsula bir damla yod əlavə edildikdə mavi rəngə çevrilərsə, deməli, onun tərkibində çoxlu nişasta var.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bunu Rusiyada universitet dekanı İrina Lyalina deyib. Mütəxəssis qeyd edib ki, daha tez nəticə əldə etmək üçün balı suda qarışdırmaq lazımdır.

“Yod testi (ən çox yayılmış və ən sürətli): balı suda qarışdırın və bir damla yod əlavə edin. Əgər məhlul göy rəngə çevrilirsə, deməli, bala nişasta əlavə olunub”, - Lyalina bildirib.

Dietoloq Tibb Elmləri Doktoru Marqarita Koroleva isə bildirib ki, saxta bal dibə çökən həqiqi baldan fərqli olaraq suda asanlıqla həll olunur. Onun sözlərinə görə, saxta bala şəkər və fruktoza əlavə edildiyi üçün şəkər xəstələri üçün təhlükəlidir. Koroleva onu da vurğulayıb ki, təbii bal müəyyən miqdarda istehlak edilir, lakin saxta bal asılılıq yaradır və onu təkrar-təkrar yemək istəyirsən.

QAZİLER.AZ

Diaspora