“Südü yalnız qızdırıldıqda istehlak etmək məsləhətdir, çünki qızdırıldıqdan sonra orqanizmə daha yaxşı sorulur”.
Qaziler.az xəbər verir ki, bu məsləhəti qastroenteroloq Rustem Sadıkov “Doktor Piter” portalına müsahibəsində verib.
Onun sözlərinə görə, laktoza dözümsüzlüyü olanlar məhsulu mənfi nəticələr olmadan içə bilərlər.
“Südün qızdırılması tərkibindəki su molekullarının daha sürətli hərəkət etməsinə səbəb olur. Bu da öz növbəsində südün daha maye olmasını və daha asan həzm olunmasını təmin edir”, - Sadıkov bildirib.
Mütəxəssis qeyd edib ki, qızdırmaq südün həzm olunması ilə bağlı problemlərin səbəbi olan laktoza zülalının denatürasiyasına kömək edir. O, içkinin istehlak üçün ideal temperaturunu 37 ilə 40 dərəcə aralığında olduğunu bildirib.
Qızdırılmış südün üstünlüklərindən danışan Sadıkov üç əsas məqamı vurğulayıb: sakitləşdirici təsir, immunitet sistemini gücləndirmək və həzmi yaxşılaşdırmaq. Sonda, həkim içkini uzun müddət qızdırmamağı tövsiyyə edib, çünki bu, vitaminlərin itirilməsinə və kanserogenlərin meydana gəlməsinə səbəb olur.
QAZİLER.AZ