Yaşlı insanlarda ayaq ağrılarının və yuxu probleminin başlıca SƏBƏBİ

Yaşlı insanlarda ayaq ağrılarının və yuxu probleminin başlıca SƏBƏBİ backend

Əgər yaşlı adamda yuxu problemi və ya ayaqlarda narahatlıq sindromu varsa, onda maqnezium çatışmazlığı ola bilər.

Qaziler.az xəbər verir ki, bunu “Moskva 24” telekanalına həkim Viktor Lişin deyib. Onun sözlərinə görə, bunu əzələlərdə qıcıqlanma və diskomfort da göstərə bilər.

“Maqnezium çatışmazlığı sinir sisteminə mənfi təsir göstərir. Yaşlı  insanda əsəbilik yaradır, keyfiyyətli istirahət etməsi tam təmin edilmir, çətin yuxuya gedir, yuxusu dərin olmur, hətta gecələr tez-tez və asanlıqla oyanır”. – deyə həkim vurğulayıb.

Həkim qeyd edib ki, ayaqlarda narahatlıq olanda, aşağı ətrafları tərpədərkən ağrı hissi yaranır. Bu simptomlardan birini müşahidə etdikdə, mütləq həkimlə məsləhətləşməli və lazımi müalicə alınmalıdır.

QAZİLER.AZ

Diaspora