Enerji içkilərinin tərkibində təhlükəli əlavələr tapıldı

Enerji içkilərinin tərkibində təhlükəli əlavələr tapıldı backend

“Rusiya keyfiyyət sistemi” 20 məşhur energetik içki brendi üzərində araşdırma aparıb və onların bir neçəsində qanun pozuntuları aşkar edib.

Qaziler.az xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Qeyd olunub ki, “Lit Energy”də elan edilməmiş sintetik rənglər, “Bombbar”da maya, “Burn”də isə şəkər çoxluğu aşkar edilib.

Araşdırma 20 brend üzərində aparılıb. Kofein, şəkər və digər potensialı artıran komponentlər də daxil olmaqla, məhsulun keyfiyyəti, təhlükəsizliyi və etiketlənməsi üzrə 57 göstərici qiymətləndirilib.

Tədqiqat zamanı “Bombbar” içkisində maya və natrium benzoatın olması, “Samokat”da taurinin olmaması, “Pulse Up”da l-karnitinin olmaması, “Burn” və “Lit Energy”də şəkərin miqdarının artıq olması kimi müxtəlif pozuntular aşkar edilib.

QAZİLER.AZ

Diaspora