Ürək xəstəlikləri riskinin artması mobil telefonlarla əlaqələndirilir

Ürək xəstəlikləri riskinin artması mobil telefonlarla əlaqələndirilir backend

Daim mobil telefondan istifadə ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqələndirilə bilər.

Bunu “Canadian Journal of Cardiology” (CJC) jurnalında dərc olunan araşdırma göstərib.

Alimlər 2006-2010-cu illər arasında mobil telefondan istifadə tezliyi barədə məlumat verən 444.000 britaniyalının məlumatlarını təhlil ediblər. Təxminən 12 il izlənilibləe. Daim mobil telefondan istifadə (həftədə ən azı bir zəng), xüsusilə siqaret çəkənlərdə və diabetli insanlarda ürək-damar riskinin artması ilə əlaqələndirilir.

Alimlər qeyd ediblər ki, zəif yuxu rejimi, psixi sağlamlığın pis olması, endokrin və maddələr mübadiləsinin pozulması, iltihabın artması ürək-damar xəstəliklərinin inkişafına mənfi təsir göstərə bilər".

Həmçinin araşdırma müəllifləri hesab edirlər ki, cib telefonlarının tez-tez radiotezlikli elektromaqnit şüalarına məruz qalması bir çox xəstəliklər üçün risk faktoru olan iltihaba səbəb ola bilər.

QAZİLER.AZ

Diaspora