Tibb elmləri namizədi Diana Genvarskaya bildirib ki, insanın xoşagəlməz qoxusu ciddi xəstəliklərdən xəbər verə bilər.
Qaziler.az bildirir ki, "Danışır Moskva" radiostansiyasındakı proqramda həkim qeyd edib ki, ağızdan, tərdən, sidikdən və nəcisdən gələn qoxu limfa sistemi ilə bağlı problemləri, həmçinin asidoz, diabet və böyrək problemləri kimi müxtəlif xəstəlikləri göstərə bilər. Onun sözlərinə görə, normal və sağlam insan orqanizmi qızılgül kimi qoxmalıdır.
“Həkimlər bəzən xəstənin qoxusuna görə diaqnoz qoyurlar. Müəyyən qoxulara, məsələn, asetona əsaslanaraq, biz artıq bilirik ki, asidoz, şəkərli diabet, böyrək və sairə problemləri var”, - deyə həkim izah edib.
QAZİLER.AZ