UNİCEF meymunçiçəyinə qarşı vaksinlə bağlı təcili tender elan edib.
QAZÌLER.AZ Publika.az-a istinadla xəbər verir ki, tender Ümumdünya Səhiyyə Təşkilatı və Afrika Xəstəliklərə Nəzarət Mərkəzi ilə birgə elan edilib. Bildirilir ki, kasıb ölkələrə kömək məqsədi ilə 2025-ci il üçün 12 milyon doza vaksin alınması nəzərdə tutulur.
ÜST-nin məlumatına görə, meymunçiçəyi virusu ilə bağlı ən ağır vəziyyət Konqo, Burundi, Ruanda və Uqandadadır.