Gavalı orqanizmin qocalmasını ləngidir

Gavalı orqanizmin qocalmasını ləngidir backend

Gavalıların tərkibindəki antioksidantlar orqanizmin qocalmasını ləngidir və onu iltihabdan, hüceyrələrin məhv olmasından qoruyur.

Qaziler.az xəbər verir ki, bu fikirləri diyetoloq Yelena Solomatina “Moskva 24” ilə paylaşıb. Onun sözlərinə görə, gündə üç böyük və ya beş kiçik olmaqla gavalı yemək faydalıdır.

Orqanizmdə iltihab ürək-damar xəstəliklərinin, aterosklerozun, insultun, infarktın, onkologiyanın və diabetin inkişafına səbəb olur. Gavalı orqanizmdəki bu “ocağı” qismən söndürür. Ona görə də o, qocalma əleyhinə məhsul hesab olunur”, - deyə həkim qeyd edib.

O, əlavə edib ki, gavalı bədəndən zərərli maddələrin çıxarılmasına kömək edir. Meyvə yeyildikdən sonra bağırsaqlar aktivləşir, çünki lif xaricdən gələn və ya yeməyin həzmi zamanı əmələ gələn xolesterol, artıq şəkər, ağır metal duzları və radionuklidlər kimi bütün toksinləri çıxarır.

QAZİLER.AZ

Diaspora