Telefonda oyun oynamaq zehni fəaliyyəti ləngidir

Telefonda oyun oynamaq zehni fəaliyyəti ləngidir backend

“Smartfondan uzun müddət istifadə zamanı idrak funksiyaları pozulur".

Qaziler.az xəbər verir ki, bunu psixoloq Natalya Naumova “Moskva 24” telekanalına müsahibəsində bildirib. O qeyd edib ki, qadcetdən asılılıq zehni fəaliyyəti ləngidir.

“Əgər insan mütəmadi olaraq uzun müddət telefonda oturursa, təfəkkürün formalaşmadığı eyni tipli videolara baxırsa, oxşar hərəkətlərin çox olduğu oyun oynayırsa, onun idrak funksiyaları pozulmağa başlayır, zehni fəaliyyəti ləngiyir”, - deyə mütəxəssis bildirib.

Psixoloq qeyd edib ki, smartfondan daimi istifadə başqaları ilə çətin münasibət qurmaq, hobbi və sevimli işin olmaması ilə bağlı ola bilər. Belə ki, insanlar əylənmək və daha rahat hiss etmək üçün internetdə çox vaxt keçirirlər.

Naumova əlavə edib ki, bu asılılıqdan xilas olmaq üçün psixoloqlardan kömək istəyə və ya qadcetlərdən gündəlik istifadə ilə bağlı cədvəl tərtib edə bilərsiniz. Ancaq sərbəst şəkildə bunu etmək sizə çətin ola bilər.

QAZİLER.AZ

Diaspora