“Müalicəvi mineral su faydalı olmasına baxmayaraq, yalnız həkimin göstərişi ilə içilməlidir. Ürək və böyrək patologiyalarından əziyyət çəkən, həmçinin ödemə meylli insanlar bu məsələdə xüsusilə diqqətli olmalıdırlar”,
Qaziler.az xəbər verir ki, bu sözləri terapevt Olqa Çirkova “NEWS.ru” ilə söhbətində deyib.
“Mineral çatışmazlığını həkim məsləhəti olmadan su ilə kompensasiya etməyə çalışmamalısınız, çünki bu, həddindən artıq dozaya və ya balanssızlığa səbəb ola bilər”, - Çirkova izah edib.
Həkim qeyd edib ki, mineral su makro və mikroelementlərin tərkibinə, həmçinin minerallaşma dərəcəsinə görə fərqlənir. Bu, müalicəvi, stolüstü və müalicəvi-stolüstü içki ola bilər. Xüsusilə minerallarla zəngin suya gəlincə, onu yalnız xaricə qəbul etmək lazımdır. Stolüstü olan mineral sudan isə yemək hazırlamaq, içmək və sair şeylərdə istifadə etmək olar.
Terapevt vurğulayıb ki, gün ərzində 500-1500 mililitr miqdarında mineral su istehlak etmək olar. Onu qaynatmaq məsləhət görülmür və davamlı istifadə etməzdən əvvəl həkimə müraciət edilməlidir.
QAZİLER.AZ