Öz-özünə danışmaq faydalı imiş

Öz-özünə danışmaq faydalı imiş backend

“Öz-özünə ucadan danışmaq psixi pozğunluq əlaməti deyil, əksinə faydalıdır”.

Qaziler.az xəbər verir ki, bunu Moskva Psixoanaliz İnstitutunun psixoterapiya kafedrasının dosenti Vladimir Faynzilberq “Veçernaya Moskva” qəzetinə açıqlamasında deyib. Onun sözlərinə görə, bu vərdiş bir çox şeylərdə kömək edir.

Psixoterapevt qeyd edib ki, öz-özünə danışmaq insana diqqəti cəmləməyə, problemin həllini tapmağa və ya informasiyanı daha yaxşı mənimsəməyə imkan verir. Bir şəxs yüksək səslə bir şey söylədikdə, eşitmə yaddaşı müəyyən şeyləri xatırlamağa və ya başa düşməyə kömək edir.

" “Səhər axşamdan daha müdrikdir” deyimi var. Bu o deməkdir ki, səhər insanın ağlı aydın olur. Axşam aydın olmayan şeylər isə səhər aydınlaşır. Bir qayda olaraq, insanlar informasiyanı daha yaxşı mənimsəmək üçün nəyisə ucadan deyirlər”, - deyə mütəxəssis paylaşıb.

“Qərar vermək və diqqəti gücləndirmək üçün öz-özünə danışmaq lazımdır. Belə hallarda insanlar xəyali həmsöhbətlər və obyektlərlə də danışa bilərlər”, - Faynzilberq vurğulayıb.

QAZİLER.AZ

Diaspora