“Qarpız qaraciyər xəstəlikləri, intoksikasiyalar, böyrək daşları və mədə-bağırsaq traktının problemləri üçün çox faydalıdır”.
Qaziler.az xəbər evrir ki, bunu həkim-fitoterapevt Yelena Korsun “aif.ru” saytına müsahibəsində bildirib. Onun sözlərinə görə, bu giləmeyvə ateroskleroz və piylənmə ilə mübarizədə, bədəndən xolesterinin çıxarılmasına kömək edir.
“Qarpız güclü sidikqovucu təsirə malikdir, lakin böyrəkləri və sidik yollarını qıcıqlandırmır. Sidiyin qələviləşməsinin qarşısını alır, daş və qumun çıxarılmasına kömək edir (gün ərzində 2-2,5 kq qarpız yeyirsinizsə)”, - Korsun açıqlayıb.
Qarpızın qabığının da böyük faydası var, deyə mütəxəssis əlavə edib. Qarpızın qabığından hazırlanan toz hepatit, xolestaz, kəskin və xroniki xolesistitin müalicəsində istifadə olunur.
QAZİLER.AZ