Smartfonda uzun müddət oturmaq vərdişi gənclərin ömrünü qısaldır.
Qaziler.az bildirir ki, bu barədə “KP.RU” San-Fransiskodakı Kaliforniya Universitetindən doktor Ceyson Naqata istinadən xəbər verir. Onun sözlərinə görə, telefonda “ilişib” qalmaq yuxunu pozur, ürək xəstəliklərinə səbəb olur.
Mütəxəssis qeyd edib ki, qadcetdə saatlarla oturmaq həm də real həyata marağın itməsinə gətirib çıxarır və fiziki aktivliyi azaldır.
“Tədqiqatlarımız göstərir ki, gənclərin ekran qarşısında keçirdikləri vaxt onların sonrakı həyatlarında ciddi ürək xəstəliyinə tutulma riskinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Üstəlik, gənc yaşlarından ömrünü ekran qarşısında keçirmək vərdişi, böyüklərin yerdə qalan həyat yolunu müəyyən edir”, - deyə alim paylaşıb.
Naqata 1985-ci ildə 18-30 yaş arası 4000 gənc kişi və qadını əhatə edən tibbi araşdırmanın aparıcı müəllifi olub. Bir qrup alim iştirakçıları 30 il izləyib və müəyyən edib ki, 20 yaşdan yuxarı insanlarda qadcet və televizor ekranına sərf olunan hər əlavə saat onların yaşamaq şansını 60 yaşa endirir. Bu xüsusilə oğlanlara aiddir.
QAZİLER.AZ