Mütəxəssislər orqanizmə fayda verən üzüm növünü açıqlayıblar.
QAZÌLER.AZ Lent.az-a istinadən xəbər verir ki, üzüm vaxtından əvvəl qocalmanın, iltihablı proseslərin, qan laxtalarının meydana gəlməsinin qarşısını alan və görmə qabiliyyətini qoruyan vitaminlər və antioksidanlar sayəsində faydalıdır.
Tünd və qırmızı üzüm sortları antioksidant baxımından ən zəngindir.
Bəziləri iddia edir ki, üzüm toxumu ilə yemək appendisitə səbəb ola bilər. Ancaq bu bir mifdir.
Üzümü toxumu ilə yemək orqanizmə daha çox fayda gətirəcək. Bunun üçün toxumu yaxşıca çeynəmək lazımdır.